Sosial şəbəkələrdə şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olundular – RƏSMİbackend

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunublar.

Onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür: “Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”.