Sosial xidmət müəssisəsində infeksiyaya yoluxma barədə RƏSMİ AÇIQLAMAbackend

“Sosial şəbəkələrdən birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində bir neçə əməkdaşın koronavirusa yoluxması, bəzi sakinlərdə virus əlamətlərinin müşahidə olunması, bir nəfərin COVID-19-dan vəfat etməsi barədə yazılanlar əsassızdır”.

İctimai.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib. o bildirib ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bütün sosial xidmət müəssisəsində, o cümlədən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində ciddi profilaktik tədbirlər görülür:

“Həmçinin sakinlərin tez-tez müayinəsi aparılır, onların koronavirusdan qorunması üçün bütün işlər görülür. İşçi personalın da müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.

Bu tədbirlərin müsbət nəticəsi kimi, həmin müəssisənin kollektivində və müəssisənin sakinlərində indiyə qədər COVID-19-a yoluxma halı aşkar edilməyib”.

M.Həşimovun sözlərinə görə, müəssisənin sakinlərindən olmuş Yusifov Anar Qəzənfər oğlunun ölüm səbəbinin də COVİD-19-la əlaqəli olmadığı müəyyən edilib:
“Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müayinələri nəticəsində onun ölüm səbəbinin – qaraciyərin piy distrofiyası nəticəsində baş vermiş kəskin qaraciyər çatışmazlığı ilə bağlı olduğu aşkar edilib”.

İctimai.az