Şotlandiyada sahil mühafizəçiləri şişmə timsah və döşəklə açıq dənizə aparılan qadın və yeniyetmələri xilas ediblər.
Bu barədə Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.
Əvvəlcə sahil mühafizəsinə iki yeniyetmənin şişmə döşəkdə dənizə aparıldığı barədə məlumat daxil olub. Xilasedicilər onları tez bir zamanda taparaq sahilə çıxara biliblər.
Bir müddət sonra şişmə timsahın üzərində olan qadını həmin çimərlikdən açıq dənizə aparıblar. Onu da tez xilas etdilər.
Zərərçəkənlərin ciddi xəsarət almadıqları və buna görə də tibbi yardımdan imtina etdikləri bildirilir.