Bazar ertəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İndoneziya və Malayziyaya fevralın 28-dək davam edəcək işgüzar səfərə yola düşüb.
Bu barədə TASS Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Şoyqu idarələrarası nümayəndə heyətinə rəhbərlik edir. Mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən təhlükəsizlik və müdafiə, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı danışıqların aparılması planlaşdırılır.
Tərəflər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlarını da bildiriblər.