Türkiyənin kosmik şirkəti Fergani Space öz veb saytında tamamilə yerli istehsal olan ikinci peykinin buraxılışını elan etdi.
Mətbuat açıqlamasında qeyd olunur ki, FGN-100-D2 ölkənin ən böyük özəl peykidir. O, dünən SpaceX Bandwagon-4 missiyasının bir hissəsi olaraq Florida ştatının Kanaveral burnundan buraxılıb. Təxminən 74 dəqiqədən sonra peyk buraxılış vasitəsindən ayrılıb, uğurla orbitə daxil olub və ilk məlumatlarını ötürüb.
Şirkətin məlumatına görə, FGN-100-D2 104 kq ağırlığındadır, 7,6 km/s sürətlə hərəkət edir və Yer kürəsinin ətrafında gündə təxminən 15 dəfə fırlanır. O, təxminən 510 km yüksəklikdə fəaliyyət göstərəcək. Peykin missiyasının beş ilə yeddi il arasında davam edəcəyi gözlənilir.














