Spalletti “Napoli”nin “Milan”la matçda dağıdıcı məğlubiyyətinin səbəbini adlandırıbbackend

“Napoli”nin baş məşqçisi Luçano Spaletti A seriyasında “Milan”a dağıdıcı məğlubiyyətin səbəbini milli komandaların oyunlarından sonra futbolçuların yorğunluğunu göstərib.

Neapollular doğma meydanda “qırmızı-qaralar”a 0:4 hesabı ilə uduzub.

“Biz yorula bilərdik. Bir çox futbolçu öz milli komandalarına böyük diqqət yetirir və onlara bütün gücünü verir. Kluba bir az yorğun qayıdırlar. Baxmayaraq ki, Milan da eyni vəziyyətdədir. O, bu görüşdə əla oynadı və biz həmişəki səviyyəmizdə deyildik.

Mənbə: NTV Spor

İctimai.az