Şri-Lanka rəqəmsal köçərilər üçün viza yaratmağı planlaşdırırbackend

Şri-Lanka rəqəmsal köçərilər üçün viza yaratmağa hazırlaşır və belə insanları cəlb etməyi planlaşdırır.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Pakir Amza bildirib.

“Bu, artıq həyata keçirilir. İndiki şəraitdə rəqəmsal iqtisadiyyat ölkəmizin inkişaf prioritetlərindən biridir. Xüsusi vizalara gəlincə, düşünürəm ki, onlar tezliklə tətbiq oluna bilər”, – deyə Amza bildirib.

Onun sözlərinə görə, Şri-Lanka bu cür mütəxəssislərin ölkəyə cəlb edilməsində maraqlıdır. Söhbət uzaqdan işləyə bilən proqramçılar, dizaynerlər, onlayn sahibkarlardan gedir.