Serbiyanın “Srvena Zvezda” klubunun keçmiş basketbolçusu Vuk Radivoyeviç Belqrad prokurorluğunun göstərişi ilə saxlanılıb. Bu barədə Teleqraf.com xəbər verir.
Məlumata görə, iyulun 17-də polisə ərinin ona xəsarət yetirdiyini bildirən qadından mesaj gəlib. Onun sözlərinə görə, evə qayıdarkən əvvəlcə basketbolçu onu maşınla vurub, sonra isə dava mənzildə davam edib. Hadisə bazar ertəsi gecə saat 02:45 radələrində baş verib.
İyulun 18-də polis Radivoyeviçin ifadəsini dinləmək niyyətindədir.
Mənbə: Teleqraf.com













