Starbucks məşhur qatqı üçün ödənişlərdən imtina etmək qərarına gəlibbackend

Qəhvə şəbəkəsi Starbucks soya, yulaf, badam və hindistan cevizi südü üçün ödənişlərdən imtina edib.

Bu barədə CNN məlumat yayıb.

Nəşr yazır: “Gələn həftədən etibarən Starbucks müştəriləri sifarişlərinə “südsüz süd” əlavə etmək üçün pul ödəməyəcəklər”.

Şirkət süd alternativləri tələb edən müştərilərin əvvəlkindən təxminən 10% az ödəyəcəyini söylədi.

İyun ayında daha əvvəl Rusiyada fəaliyyətini dayandıran Starbucks-ın bu ölkədə bir neçə ticarət nişanının qeydiyyatı üçün müraciət etdiyi bildirilmişdi. O, Starbucks coffee, frappuccino, Starbucks, Starbucks coffee və digər brendləri Malların və Xidmətlərin Beynəlxalq Təsnifatına əsasən qeydiyyatdan keçirməyi planlaşdırır.