Starmer Trampın bir tələbini rədd etdibackend

“The Daily Telegraph” qəzetinin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampın xahişinə baxmayaraq, Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün hərbi gəmilər göndərməkdən imtina edib.

Qəzet qeyd edir ki, Böyük Britaniya Baş nazirinin Amerika liderinin xahişini rədd etməsi onlar arasında münasibətləri daha da pisləşdirə bilər.

15 martda Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı katibi Ed Miliband Londonun Hörmüz boğazını yenidən açmaq üçün Yaxın Şərqə gəmilər və mina ovlayan dronlar göndərməyi nəzərdən keçirdiyini açıqladı.