TASS Sky News-a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Key Starmer Hindistana səfəri zamanı Hindistanın baş naziri Narendra Modi ilə Ukraynadakı vəziyyəti müzakirə etdiyini bildirib.
Starmerin sözlərinə görə, görüşün əsas mövzuları “Ukraynada ədalətli və davamlı sülhün, Hind-Sakit Okean regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, iqlim və enerji kimi əsas sahələrdə əməkdaşlıq, o cümlədən qalıq yanacaqlardan asılılığın aradan qaldırılması” zərurəti olub.