“STEAM möcüzəsi – Dördüncü sənaye inqilabına doğru ” layihəsinə yekun vurulubbackend

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə qalibi, Göygöl rayon Texniki,Təbiət Fənləri Təmayüllü Liseyin direktoru Zəhra Zeynalovanın rəhbərliyi ilə 3 ay davam edən “STEAM möcüzəsi – Dördüncü sənaye inqilabına doğru” layihəsinin yekun hesabat tədbiri təşkil edilib.

Layihə robotexnika,dron,3d qələm,3d printer kimi vasitələr həmçinin artırılmış və virtual reallıq proqramları və mobil tətbiqlərdən istifadə qaydalarını öyrənən müdavimlərin təcrübi biliklər qazanmasını və onlarda problem həll etmə bacarıqlarının inkişaf etdirilməsini,STEAM bilikli şagirdlərin gələcəkdə xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yeni texnologiyalarla ayaqlaşmağı bacaran, psixoloji və mənəvi bütövlüyə sahib, yenilikçi və təşəbbüskar şəxsiyyətləri kimi formalaşmaqla ölkəmizin inkişafına yeni yeni töhfələr verməsinə hədəflənib.

Ümumilikdə layihə təlimlərinə Göygöl rayon ümumtəhsil müəssisələrinin 10 məktəbindən 20 müəllim və 40 şagird iştirakçı qatılıb.Yekun tədbirdə layihənin icra planına uyğun olaraq şagirdlərin təlimlər boyunca hazırladıqları əl işlərindən ibarət sərgi təşkil edilib.Yekun hesabatın rəsmi hissəsindən əvvəl dəvət edilən qonaqlar şagirdlərin təqdim etdiyi sərgi ilə tanış olublar.

Tədbirdə Göygöl RTŞ-nin müdir əvəzi Semur Əsgərov,Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, layihə eksperti Çaylı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, 3-cü və 4-cü qrant layihələrinin qalibi Səltənət Qurbanova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.