NATO-nun baş katibi Yens Stoltenberq Osloda keçirdiyi mətbuat konfransında bildirib ki, Alyans Ukraynaya Rusiya ilə münaqişədə qalib gələnə qədər kömək etməyə davam edəcək. Onun sözlərini Reuters agentliyi sitat gətirir.
“NATO Ukraynanı müharibədə qalib gələnə qədər dəstəkləyəcək”, – deyə Stoltenberq Kiyevin hərbi əməliyyatları dayandırmaq üçün mümkün ərazi güzəştləri və ölkənin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı sualı cavablandırıb.
Qərb liderləri dəfələrlə Ukraynaya “nə qədər lazımdırsa” kömək edəcəklərini bildiriblər.
Mənbə: Haberler Global

