Böyük Britaniya və Fransa daha çox uzaqmənzilli “Storm Shadow” raketləri sifariş etməli və onların təkmilləşdirilmiş versiyaları ilə əvəzlənməsi üzərində işə başlamalıdır.
TASS bu barədə Böyük Britaniya hökumətinin bəyanatına istinadən xəbər verir.
Kommunikedə qeyd edilir ki, Britaniya və Fransa uzun mənzilli raketlərin, eləcə də gəmi əleyhinə raketlərin yaradılması üzrə birgə layihənin növbəti mərhələsinə başlayacaqlar. Krallığın hökuməti əlavə edib ki, bu, “Storm Shadow” raketinin əvəzedicisi üçün son dizaynın seçilməsi istiqamətində daha bir addımdır.
Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl bildirib ki, ölkə xarici tərəfdaşları ilə birlikdə uzaq mənzilli silahların və ələ keçirən dronların istehsalını artırmağı planlaşdırır.