Yaponiyanın Subaru şirkəti yeni Subaru WRX TR sedanını ABŞ-da təqdim edəcək. Bu barədə Motor1.com xəbər verir. Yeni məhsul oktyabrın 7-də Floridada debüt edəcək.
Avtomobili xüsusi tədbirdə ABŞ-ın Subaru Motorsports komandasının sürücüsü Travis Pastrana, eləcə də tanınmış peşəkar skeytbordçu və rallikros yarışçısı Bucky Lasek təqdim edəcək. İstehsalçı yeni məhsulla bağlı təfərrüatları açıqlamayıb, sadəcə qeyd edib ki, yeni Subaru WRX TR daha kəskin və həvəskarlara yönəlmiş model olacaq.
Geniş yayılmış tizerə əsasən, avtomobil bürünc rəngli təkərlər, qırmızı Brembo əyləc kaliperləri, qövs astarları və qara plastikdən hazırlanmış eşiklər alacaq. Nəşrin məlumatına görə, sedanın təxminən 300 at gücünə malik güclü mühərrik alması mümkündür.
Mənbə: Haber Global