Sülhün, təhlükəsizliyin və sabitliyin qarantıbackend

Regionda yaranan siyasi düzən Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin nəticəsində yeni mərhələyə qədər qoymaqdadır. Bu mərhələdə sülh, təhlükəsizlik və sadiqlik ön plandadır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizlə yanaşı region dövlətlərinin maraqlarına xidmət edir. Cənab Prezident beynəlxalq tribunalarda çıxışı zamanı hər zaman xüsusi olaraq regionda sülhün bərqərar olmasının vacibliyini qeyd etməklə yanaşı Ermənistanın bu sülhə ən böyük təhlükə olduğunu bəyan edib. İstər BMT istər digər beynəlxalq tribunalardan edilən bu çağırış 44 günlük vətən müharibəsindən sonra öz aktuallığını daha dərin şəkildə göstərdi. Artıq Cənubi Qafqaz regionunda Qarabağ münaqişəsi bitib. Torpaqlarımız işğaldan azad olunub. Bütün bunlar isə Azərbaycanla yanaşı regionun digər ölkələri o vümlədən Avropa üçün yeni imkanların açılmasına səbəb olub. Belə ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Cənubi Qafqaz regionun simasını dəyişməklə yanaşı Avropanın enerji, nəqliyyat, infrastruktur baxımdan yeni tranzit imkanlara malik olmasına səbəb olacaq ki, bu da ümumi dünya iqtisadiyyatı üçün müsbət nəticələrin əldə olmasına, enerji böhranın aradan qalxmasına səbəb olacaq.

Hazırda Azərbaycanla Avropa Birliyi və digər beynəlxalq təsisatlar arasında olan siyasi və iqtisadi münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə işğalçı Ermənistanın qısa zamanda sülh müqaviləsinin imzalamasına, planda olan Tranzit nəqliyyat infrastrukturunun reallaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Litva Prezidenti Gitanas Nausedanı qəbul edərkən keçirdiyi mətbuat konfransındakı fikirləri bir sıra mühüm nəticələri çıxarmaq üçün əsaslar verir. Dövlət başçısı münaqişənin bitdiyini, İrəvanın öhdəliklərə dərhal və qeyri-şərtsiz əməl etməli olduğunu xüsusi vurğuladı. Eyni zamanda onu da bildirdi ki, Ermənistan rəhbərliyinin mövcud davranışları zərif sülhü hər an arxa plana keçirməsinin mümkünlüyünü ön plana çıxarır ki. Bu da növbəti dəfə dəmir yumruğun işə düşməsinə gətirib çıxara bilər. Azərbaycan tərəfi isə beynəlxalq prinsipləri əldə rəhbər tutaraq, Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaş¬malara əsaslanaraq regionda sülhün bərqərar olmasında maraqlıdır.

Rəsmi İrəvan sərhədlərin delimitasiyasına dair planlaşdırılan görüşlərin baş tutmamasında günahkardır. Prezident İlham Əliyev Bakıda səfərdə olmuş Litva Prezidenti Gitanas Nauseda ilə görüşdə də bildirdi ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır… İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistan tərəfindən müsbət qarşılanmamışdır. Sonra biz mövqeyimizi, yaxşı məlum olan beş prinsipi dəqiqləşdirdik, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.

 

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının üzvü