Sumqayıtda 57 yaşlı kişinin meyiti tapılıbbackend

Sumqayıtda 57 yaşlı kişinin meyiti tapılıb.

İctimai.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

1968-ci il təvəllüdlü Zahid Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.