Sumqayıtda mənzildə qumbara partlayıbbackend

Sumqayıtda partlayış baş verən mənzildə döyüş tətbiqinə yararlı başqa mərmilər də aşkarlanıb.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Sergey Valentinoviç Truxinin meyiti aşkar edilib.

Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı üç ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.