Sumqayıtda oğlan şadlıq sarayında faciəli şəkildə öldü – FOTObackend

Sumqayıtda şadlıq sarayında 18 yaşlı oğlan ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə yükqaldırıcı vasitə quraşdırılıb.

Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı oğlan təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılan zaman yolda keçinib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.