Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı evə buraxılıblarbackend

Sumqayıtda qidadan zəhərlənən ana və azyaşlı övladı evə buraxılıblar.

Bu barədə APA-ya Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qeyd olunub ki, avqustun 4-də Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü qadın Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına, qadının övladı – 2022-ci il təvəllüdlü körpə isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili Yardım Bölməsinə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə daxil olublar.

Hər iki şəxs müvafiq tibbi müdaxilələrdən sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.