Sunami Yaponiyanın İşigaki adasının sahillərinə çatıbbackend

Tayvanın şərq sahillərində 7,5 bal gücündə zəlzələdən sonra sunami Yaponiyanın İşigaki adasının sahillərinə çatıb. Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsinin saytında məlumat verilib.

Sunaminin hündürlüyü müəyyənləşdirilir.

Bundan əvvəl Yonaquni adasının sahillərinə 0,3 metr hündürlüyü olan sunami çatmışdı. Bununla əlaqədar mütəxəssislər xəbərdarlıq ediblər ki, hətta 30 sm-lik sunami də təhlükəli ola bilər, dalğanın hündürlüyü arta bilər. Yaponiya adaları üçün hündürlüyü üç metrə çatan sunami təhlükəsi elan edilib.

Mənbə: Haber.com