Süni intellektdən istifadə edən həvəskar alimlər 430 min qalaktika aşkar ediblərbackend

Həvəskar vətəndaş alimləri və süni intellekt (AI) birləşərək Kainata səpələnmiş 430.000 qalaktika tapıblar. Kəşflər 10 min könüllünün Havaydakı Subaru Teleskopunun məlumatlarını öyrəndiyi Galaxy Cruise layihəsi zamanı edilib. Araşdırma Yaponiya Astronomiya Cəmiyyətinin (PASJ) elmi jurnalında dərc olunub.

Elmi təşəbbüsün iştirakçıları və süni intellekt məlum olan ən nadir qalaktika növü hesab edilən 30 minə yaxın halqa qalaktikasını kəşf edə bilib. Onlar müşahidə olunan Kainatdakı qalaktikaların 1-3%-ni təşkil edir.

Neyroşəbəkəyə qalaktikaları təsnif etmək imkanı vermək üçün alimlər modeli 20 min kosmik strukturun kataloqu üzrə öyrədiblər.

Mənbə: Haber.com