Superkompüter Avro 2024-ün əsas favoritini seçibbackend

Superkompüter Opta İngiltərəni Avro 2024-ün əsas favoritləri adlandırıb.

İngiltərə yığması 19,9% ehtimalla turnirin qalibi olacaq. İkinci yerdə Fransa (19,1%), ilk üçlüyü Almaniya (12,4) qapayır. Gürcüstan komandasının titul qazanmaq şansı ən azdır (0,1%). İtaliya komandasının Avropa çempionu titulunu qorumaq şansı 5%-dir.

İngiltərə yığması Danimarka, Serbiya və Sloveniya ilə eyni qrupda çıxış edəcək.

İngilislər hələ avronu qazana bilməyiblər. 2021-ci ildə İngiltərə penaltilər seriyasında İtaliyaya uduzduğu turnirin finalına yüksəldi. Ən titullu komandalar hərəyə 3 dəfə Avro qazanan İspaniya və Almaniyadır.

Mənbə: NTV Spor