Superliqanın bombardiri Valensiyanın yeni komandası bəlli olub

Dünya şöhrətli jurnalist Fabrizio Romano “Fənərbağça”lı Enner Valensiya ilə Braziliyanın “İnternacional” komandası ilə ilkin müqavilə imzaladığını yazıb.

Ekvadorlu hücumçu “Fənərbağça”dakı müqaviləsi mövsümün sonunda başa çatan kimi yeni komandası ilə 2 illik müqavilə imzalayacaq.

“Fənərbağça” ilə müqaviləsi mövsümün sonunda bitəcək 33 yaşlı ekvadorlu hücumçu Enner Valensiya yeni komandası ilə 2025-ci ilə qədər davam edəcək müqavilə imzalayacaq.

Fənərbaxça forması ilə bu mövsüm liqada 18 oyun keçirən Valensiya 20 qol vurub, 4 məhsuldar ötürmə edib. Superliqada bombardirlik uğrunda mübarizə aparan təcrübəli hücumçunun bu seçimi azarkeşləri məyus edib.

Mənbə: Fanatik

İctimai.az

Oxşar xəbərlər