Suqovuşan Fatehi Səid Əbilova film həsr olundu – FOTOLARbackend
Günel Əliqızının ssenarisi və ideyasi ilə 44 günlük  Vətən müharibəsinin qəhrəmanlarından biri Əbilov Səid Həsən oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə “Suqovuşan fatehi” filminin Bərdə şəhəri Mədəniyyət mərkəzində təqdimat mərasimi baş tutub. Filmin rejissoru Ramin Bağırovdur.
İctimai.az xəbər verir ki, təqdimat mərasimində şəhid ailələri, qazilər, jurnalistlər, rayon ictimaiyyəti, mədəniyyət nümayəndələri, idarə və müəssisələr iştirak edib. Şəhidin döyüş yolu, uşaqlıq xatirələri, arzularından söz açan ailə üzvləri iştirak üçün hər kəsə təşəkkürünü bildirib.
Rayon rəhbərliyi ölkə başçısı və Mehriban xanıma şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Günel Əliqızı layihənin davam edəcəyini, müxtəlif bölgələrədə filmin nümayişinin nəzərdə tutulduğunu vurğulayıb.

1

1

1

1

1

1