Sürətli sərnişin qatarlarına iki stansiyada dayanacaq verilirbackend

“İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli deyib.

O bildirib ki, ötən ilin sonunda Azərbaycana çatdırılmış dörd ədəd “Flirt” qatarı artıq tam istismara hazırdır:

“Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir. İstər Ucar, istər Ağdaşın ətraf rayonlarının 200 minə yaxın sakini üçün sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”.

O əlavə edib ki, qatar müasir tələblərə cavab verir:

“Qatarda bar-vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burada velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatmasına imkan verir”.