Suriya hakimiyyəti ölkə səmasını iyunun 14-dək bağlı saxlayıbbackend

Suriya səması iyunun 14-ü saat 08:00-a qədər bağlı qalacaq, RİA Novosti ölkənin mülki aviasiya və hava nəqliyyatı departamentinə istinadən xəbər verir.

“Mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Suriya səmasında hava dəhlizləri iyunun 14-ü saat 08:00-dək bağlanacaq”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Dəməşq-Hələb daxili marşrutu potensial təhlükələrdən uzaqda yerləşdiyi üçün açıqdır.

Suriya Hava Yolları növbəti xəbərdarlığa qədər bütün uçuşları dayandırdığını açıqlayıb.