Suriya hava məkanına qoyulan məhdudiyyətləri 24 saat müddətinə uzadıbbackend

Suriya aviasiya hakimiyyəti ölkənin hava məkanında uçuş məhdudiyyətlərini daha bir gün, 20 mart axşamına qədər uzadıb.

Bu barədə TASS-a ölkə üzərindən hava hərəkətinə cavabdeh olan Dəməşq Uçuş Məlumat Bölgəsindəki mənbə bildirib.

Agentliyin mənbəyi bildirib ki, “Hava məkanında uçuşlar 20 mart cümə günü UTC vaxtı ilə saat 21:00-dək məhdudlaşdırılıb”.