Suriya prezidenti Bəşər Əsəd Səudiyyə Ərəbistanında keçiriləcək Ərəb Liqasının (ƏƏS) sammitində iştirak etmək üçün dəvət alıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Əsədə dəvəti Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud göndərib, Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri tərəfindən təhvil verilib.
Ərəb Liqasının sammiti mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək.
Daha əvvəl bildirilmişdi ki, Ərəb Dövlətləri Liqasında iştirak edən ölkələrin Xarici İşlər Nazirləri Şurası birgə bəyanat qəbul edib, ona əsasən, Suriya mayın 7-dən Liqada iştirakını bərpa edir.














