“The Guardian” mənbələrə istinadən yazır ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rublyovkada yaşayır və oftalmologiya üzrə təhsil alır.
Nəşrin məlumatına görə, Əsədin qızı artıq MDBMİ-də təhsilini başa vurub. Suriyanın keçmiş prezidenti özü rus dilini öyrənir və oftalmologiya elminə qayıdır.
“Bu, onun həvəsidir; onun pula ehtiyacı yoxdur. Hələ Suriyadakı müharibədən əvvəl o, müntəzəm olaraq Dəməşqdə oftalmologiya ilə məşğul olub”, – nəşr yazır.
Nəşrin mənbələrindən biri qeyd edib ki, Əsəd ailəsi vaxtilə qaynayıb-qarışdıqları elit Suriya və Rusiya çevrələrindən kəsilib. Jurnalistlər yazır ki, Əsədlər çox güman ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaşadığı güman edilən ərazidə Rublyovkada yaşayırlar.














