Sürücü sərnişindən maska ​​taxmağı tələb etdi, döyüldü – Videobackend

Türkiyənin Bursa şəhərində sərnişindən maska ​​taxmağı tələb edən avtobus sürücüsü hücuma məruz qalıb.

“Qafqazinfo” “Sabah“ qəzetinə istinadən xəbər verir ki, sürücü İsmail Alay avtobusa minən şəxsdən maska ​​taxmağı tələb etdikdə onların arasında mübahisə yaranıb. Mübahisə gedərkən avtobus yoluna davam edib. Daha sonra sərnişin sürücünün yanına gəlib və onu vurmağa başlayıb. Fiziki şiddətə uğrayan İ.Alay çətinliklə avtobusu dayandırmağı bacarıb.

Nəqliyyat vasitəsindəki digər sərnişinlərin müdaxiləsi ilə qarşıdurmaya son qoyulub. Sürücü Alayın şikayəti ilə hadisə yerinə polis çağırılıb. Sürücü və sərnişin bir-birilərindən şikayət ediblər.

Qeyd edək ki, həmin anlar avtobusun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

İctimai.az