“Şuşa” Peşəkar Futbol Klubundan rəsmi xəbərdarlıq: Ad və brenddən qanunsuz istifadəyə son qoyulmalıdırbackend

Son dövrlərdə “Şuşa” Peşəkar Futbol Klubunun adı, nüfuzu və brend dəyərindən sui-istifadə halları müşahidə olunmaqdadır. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi şəxslər və qruplar tərəfindən klubun rəsmi strukturu ilə heç bir əlaqəsi olmadan, özbaşına komandaların və müxtəlif struktur vahidlərinin yaradılmasına cəhdlər edilir.

Bildiririk ki, bu kimi fəaliyyətlər tamamilə qanunsuzdur, klubun rəsmi idarəetmə orqanları ilə razılaşdırılmamışdır və qüvvədə olan qanunvericiliyin tələblərinə açıq şəkildə ziddir. “Şuşa” Peşəkar Futbol Klubunun adı, loqosu, vizual identifikasiyası və hüquqi statusu yalnız rəsmi səlahiyyət çərçivəsində istifadə oluna bilər.

Bu səbəbdən, adıçəkilən hallarda iştirak edən bütün şəxslərə və tərəflərə rəsmi şəkildə xəbərdarlıq edirik: klubun adından və atributlarından icazəsiz istifadə hüquq pozuntusu hesab olunur və bu cür fəaliyyətlərin davam etdirilməsi ciddi hüquqi məsuliyyət yaradır.

Qeyd olunan qanunsuz fəaliyyətlərin dərhal dayandırılması tələb olunur. Əks təqdirdə, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə və nəzarət orqanlarına rəsmi müraciət ediləcək, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün hüquqi tədbirlər görüləcəkdir.

“Şuşa” Peşəkar Futbol Klubu olaraq, brendimizin qorunması və hüquqi çərçivədə fəaliyyətin təmin olunması istiqamətində prinsipial mövqeyimizi bir daha bəyan edirik.