İctimai.az xəbər verir ki, layihənin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və şəhidlərimizin müqəddəs xatirəsinin yad edilməsidir. Müsabiqə çərçivəsində məktəblilər şəhidlərimizə həsr olunmuş düşüncə və duyğularını inşa formatında qələmə alacaqlar. Yazılar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər diplom və mükafatlarla təltif olunacaqlar.
Layihə proqramına eyni zamanda məktəblilər arasında futbol yarışı da daxildir. Turnirin məqsədi sağlam həyat tərzinin təşviqi, komanda ruhunun formalaşdırılması və gənclər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir.
Mövzu ilə bağlı “ŞUŞA” Peşəkar Futbol Klubunun prezidenti Güləli Bağırov bildirib ki, şəhidlər xalqımızın əbədi qürur mənbəyidir və onların qəhrəmanlıq yolunun gənc nəslə düzgün ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan inşalar üçün son tarix 31 dekabr 2025-ci ildir. Qaliblərin adları müraciətlərin tamamlanmasından 15 gün sonra elan olunacaq.
Əlaqə məlumatları:
“ŞUŞA” Peşəkar Futbol Klubu
Tel: +994 70 237 22 27
E-mail: [email protected]












