Şuşaya qayıdan sakinlərə mənzillərinin açarları təqdim edildibackend

Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib.

“Report” xəbər verir ki, açarların təqdimatı mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Şuşaya 15 ailə – 57 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.