“People” jurnalının məlumatına görə, aktyor Arnold Şvartsenegger anadangəlmə ölkə vətəndaşı olsaydı, gələn il ABŞ prezidentliyinə namizəd olmaq istərdi.
“Mən bu seçkilərdə necə qalib gələ biləcəyimi çox aydın görürəm. Necə ki, mən Kaliforniya qubernatoru postuna namizədliyimi irəli sürdüyüm vaxtlar kimi”, – Şvartsenegger bildirib.
2021-ci ildə tərəfdarlarının Kapitoliyə hücumundan sonra Donald Trampın ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcəyini deyən Şvartsenegger seçkinin nəticələrinə etiraz etmək istəyini dəli adlandırıb.
Şvartsenegger Avstriyada anadan olduğu üçün ABŞ prezidentliyinə namizəd olmaq hüququna malik deyil. ABŞ konstitusiyasına görə, prezidentliyə namizəd ölkədə anadan olmalıdır.
Mənbə: gazeta.ru