Tailand Kamboca ilə sərhəddə 600-dən çox məktəbi bağlayıbbackend

Tailand hakimiyyəti Kamboca ilə gərginliyin artması səbəbindən sərhəd bölgələrindəki 641 məktəbdə fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.

“Khaosod” xəbər verir ki, bu barədə Tailand Təhsil Nazirliyinin açıqlamasında bildirilir.

Bəyanatda qeyd olunub ki, bəzi bölgələrdə məktəblərdə karantin müddətinin uzadılması və ya dərslərin onlayn keçirilməsinə ehtiyac yaranarsa, ölkənin Təhsil Nazirliyi vəziyyəti diqqətlə izləyir və tədbirlər planı hazırlayır. Nazirlik qeyd edib ki, “şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi əsas prioritetdir”.

Tailand və Kamboca arasındakı sərhəd bölgələrində hərbi əməliyyatların artması ötən həftə sonu baş verib və davam edir.

Dekabrın 8-də Tailand Kambocanı Buriram əyalətindəki mülki ərazilərə hücum etməkdə ittiham edib.