“Nation” qəzetinin məlumatına görə, Tailand kralı Maha Vajiralonqkorn parlamentin aşağı palatasının buraxılması haqqında fərman verib.
Fərmanı Baş nazir Anutin Çanvirakun imzalayıb.
Qəzet yazır: “Kral fərmanı [parlamentin aşağı palatası] Anutin azlıq hökumətinin iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik və Kamboca ilə sərhəddə böhran şəraitində idarə edə bilməyəcəyini bəyan etdikdən sonra buraxıldı”.
Qəzetin yazdığına görə, yeni ümumi seçkilər fərmanın qüvvəyə minməsindən, yəni kral qəzetində dərc olunduğu tarixdən 45 gündən tez deyil, lakin 60 gündən gec olmayaraq keçiriləcək.












