Tailand krallığın BRİKS-ə üzv olmaq əzmini təsdiqləyibbackend

Tailand BRİKS-in tamhüquqlu üzvü olmağı hədəfləyir.

Bunu “İzvestiya”ya müsahibəsində ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Marit Sanqyamfonq deyib.

“Tailand ilk fürsətdə BRİKS-in tamhüquqlu üzvü olmağa hazır olduğunu və qətiyyətini təsdiqləyir”, – diplomat vurğulayıb.

O, Tailandın xüsusilə ərzaq təhlükəsizliyi, beynəlxalq maliyyə və təchizat zəncirinin inkişafı sahələrində əməkdaşlığa hazır olduğunu bildirib. Sanqyamfonq krallığın BRİKS-i daha təsirli edə biləcəyi fikrini ifadə edib.

Krallıq həmçinin “qrupun inkişafını, o cümlədən əsas enerji və ərzaq ixrac edən ölkələrin əlavə edilməsi yolu ilə son genişlənməsini böyük maraqla izləyir”. Tailand Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bu, qlobal gündəliyin formalaşdırılması üçün böyük potensiala malik daha əhatəli və nüfuzlu BRİKS-ə doğru mühüm addımdır.