Tailandın cənubunda Rusiya və Qazaxıstandan olan turistləri daşıyan qayıq dənizdə partlayıb.
TASS bu barədə Tailand polisinə istinadən xəbər verir.
Qeyd olunur ki, insident Tailandın cənubundakı Phuket əyalətinin Mai Thon adası yaxınlığında baş verib. Qayığın partlaması nəticəsində bir rusiyalı yanıq xəsarətləri alıb.
Polisin məlumatına görə, partlayış zamanı qayıqda bir turist olub, daha 30 nəfər dənizdə çimib.
“Zərərçəkmişə tibbi yardım göstərilmək üçün xəstəxanaya aparılıb. Qalan 30 turist isə xəsarət almayıb və otellərinə qayıdıblar”, – deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.