Amerikalı jurnalist Taker Karlson Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın məhvini dayandırmağa və Ukrayna böhranını həll etməyə çalışan Avropa İttifaqının yeganə lideri hesab edib.
Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Niyə Orban Avropada yeganə liderdir ki, Ukraynanın tamamilə məhv edilməsinin qarşısını almağa çalışır? Bu yanaşmaya qarşı çıxan hər kəs şəri dəstəkləyir”, – deyə jurnalist vurğulayıb.
Mənbə: A Haber