Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməsi vacibdir.
Bu barədə hərəkatın Qətərdəki Siyasi Bürosunun rəhbəri Süheyl Şahin RİA Novosti ilə söhbətində bildirib.
“Belə bir sammit və forumda iştirak etməyimiz, müzakirə olunan məsələlərə münasibətimizi və mövqeyimizi təqdim etməyimiz vacibdir”, – deyə o vurğulayıb.
Talibanın BRICS sammitində iştirakı qlobal sülh, əməkdaşlığın inkişafı və dinc yanaşı yaşamaq üçün zəruridir, Şahin əlavə edib.
Bundan əvvəl Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının nümayəndələrinin BRİKS sammitində iştirak etmək istədiyi bildirilirdi.