Taliban qadın işçilərinə BMT-nin Əfqanıstandakı ofislərinə getməyi qadağan edibbackend

BMT Əfqanıstan hakimiyyətindən qadın işçilərinin təşkilatın ölkədəki ofislərinə gəlməsini qadağan etməməyi xahiş edib. Bu barədə BMT-nin saytında dərc olunmuş məlumatda deyilir.

Göstərilir ki, daha əvvəl de-fakto Taliban (hərəkat terror təşkilatları siyahısına daxildir) yerli qadın işçiləri və podratçıları Kabildəki komplekslərin ərazisinə buraxmayıb. Bundan əlavə, sonradan bu qadağa BMT-nin bütün ölkə üzrə ofislərinə şamil edildi – səlahiyyətlilər işçilərə bildirişlər, eləcə də şifahi xəbərdarlıqlar göndərdi.

Təşkilatın məlumatına görə, Taliban təhlükəsizlik qüvvələri də yerli qadın işçilərin son zəlzələdən zərər çəkmiş, qadın və qızlara yardım, o cümlədən tibbi yardım göstərildiyi ərazilərə getməsini qadağan etməyə çalışıb.