Taliban qadınların kişi diş həkimlərinə getməsini qadağan edibbackend

Əfqan hökuməti Qəndəharda qadınların kişi diş həkimlərinə getməsini qadağan edib, Al Arabiya xəbər verir.

Məlumata görə, Taliban yaraqlıları (terror təşkilatı siyahısındadır) qadınları Qəndəhar boyu diş klinikalarından qovaraq onlara kişi diş həkimlərinə müraciət etməməyi əmr ediblər.

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra ölkədə qadınların hüquqlarını məhdudlaşdıran tədbirlər görülməyə başlayıb.

Hökumət bu yaxınlarda qadınların yazdığı kitabları Əfqan universitetinin kurikulumundan çıxarıb və insan haqları və cinsi qısnama əhatə edənlər də daxil olmaqla 18 fənnin tədrisini qadağan edib. “Şəriət və Taliban əleyhinə siyasətlə bağlı” hesab edilən 680 kitabdan təxminən 140-ı qadınlar tərəfindən yazılmışdır.