Taliban Vaşinqtonun rəsmi tanınmasına ümid edirbackend

Əfqanıstanda hakimiyyətə gələn Taliban qruplaşmasının yaraqlıları Amerika Birləşmiş Ştatları tərəfindən rəsmi tanınmağa nail olmaq niyyətindədir.

Bu barədə CNN danışıqlar prosesinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir: “Taliban Birləşmiş Ştatların tanınması istiqamətində bir sıra addımlar atmağı, o cümlədən Əfqanıstan problemlərini həll etmək üçün ABŞ-da səfirlik tipli ofisin yaradılmasını təklif edib”.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton Talibandan yaraqlılarla birlikdə əsirlikdə qalan amerikalının azad edilməsini tələb edib. Bildirilir ki, belə bir jest ikitərəfli münasibətlərin inkişafına töhfə verməlidir.