Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıbbackend

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

İctimai.az “Report”a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazini əhatə edir.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb ediliblər.

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.