Tallinndə Estoniya Rus Teatrının adı dəyişdirilibbackend

Estoniyanın Rus Teatrı Syudalinna Teatrı adlandırılıb. Bu barədə truppanın bədii rəhbəri Dmitri Petrenko rəsmi açıqlamasında bildirib.

Bədii rəhbərin sözlərinə görə, adın dəyişdirilməsinin səbəblərindən biri təkcə rusdilli tamaşaçıları maraqlandırmaq istəyi olub. Petrenkonun sözlərinə görə, yeni format yerli estondilli ictimaiyyəti cəlb edəcək.

Teatrın saytında dərc olunan mətndə deyilir: “Teatr ümumavropa dəyərlərini – azadlıq, tolerantlıq, sevgini rəhbər tutur”.