Tallinndə yeni ilin ilk iki günü qeydiyyat şöbəsinə edilən müraciətlərin yarısı eynicinsli cütlüklər tərəfindən edilib. Bu barədə ERR dövlət yayım portalı məlumat yayıb.
Yanvarın 1-dən Estoniyada cinsindən asılı olmayaraq iki yetkin şəxsin evlənməsinə icazə verən qanun qüvvəyə minib. Bu qanun Estoniya parlamenti tərəfindən bu ilin iyununda qəbul edilib.
“Tallin qeydiyyat idarəsində, yeni ilin ilk günlərində 16 ərizə təqdim edildi, onlardan 8-i eyni cinsli cütlüklərdən idi” dedi qeydiyyat idarəsinin aparıcı mütəxəssisi Oksana İin.
Mənbə: Gazeta.ru

