Tambov hava limanında (Donskoye) təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Rosaviatsia-nın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
Agentliyin sözçüsü yazıb: “Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir”.
Korenyako daha əvvəl Kaluqa və Samara hava limanlarında uçuş məhdudiyyətlərinin qaldırıldığını açıqlayıb.















