TANAP-la TAP-a ötürülən qazın həcmi 73 milyard kubmetri ötübbackend

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilməsi üçün cari il noyabrın 25-dək ümumilikdə təqribən 73,3 milyard kubmetr həcmində qaz ötürülüb.

AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu gün TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışından 5 il ötür.

Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan TANAP “Şahdəniz” qaz kondensat yatağından hasil edilən qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP kəmərinə birləşir.