Tanımadığı şəxs ona etibarnamə verdi, sonda sürücülük hüququ məhdudlaşdırıldıbackend

Özündən xəbərsiz adına avtomobil etibar edilib. Həmin nəqliyyat vasitəsi ilə törədilən qayda pozuntularının cəriməsi də ona gəlir və sürücülük hüququ məhdudlaşdırılıb.

Xezerxebher.az-ın məlumatına görə, hadisə paytaxt sakini Dilqəm Maqsudovun başına gəlib.

Sürücü iddia edir ki, ona kimsə ”Prius” markalı avtomobili onlayn qaydada etibar edib. Həmin avtomobilin sürücüsünün törətdiyi xətaların cəriməsi də ona gəlir.

Sürücü dərhal bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

İdarədən də bildirilib ki, həmin etibarnamə ona Qusar rayonundakı notariat kontorunda verilib.

Dilqəm Maqsudovu narahat edən başqa bir məsələ həmin avtomobillə törədiləcək hər hansı bir ağır hadisədir. Deyir ki, əgər yol-nəqliyyat hadisəsi olarsa, burada o da məsuliyyət daşıyır.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, sürücü üzləşdiyi problemi hüquqi müstəvidə həll edə bilər. Əgər özündən xəbərsiz etibarnamə verilməsini sübuta yetirsə, sürücü barəsində tətbiq edilən cərimə və bal silinəcək.